...

“Bakcell”dən eyni qiymətə iki dəfəyə qədər çox İnternet

İqtisadiyyat Materials 22 Avqust 2016 13:10 (UTC +04:00)
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet provayderi olan Bakcell şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini-gündəlik 25MB cəmi 0.10 AZN-dən başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.
“Bakcell”dən eyni qiymətə iki dəfəyə qədər çox İnternet

Bakı. Trend:

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet provayderi olan Bakcell şirkəti müxtəlif müştəri qruplarının ehtiyaclarına uyğun olaraq geniş çeşidli internet paketlərini-gündəlik 25MB cəmi 0.10 AZN-dən başlayan, həmçinin müxtəlif trafik həcmli və limitsiz paketlərini təklif edir.

Bakcell-dən Trend-ə verilən məlumata görə, abunəçiləri daha rahat təcrübə ilə təmin etmək məqsədilə Bakcell şirkəti smartfonlar üçün təklif etdiyi internet paketlər çeşidini  daha sərfəli edib. Belə ki, şirkət paketlərin qiymətini artırmadan, müştərilərə eyni qiymətə ikiqat həcmə qədər internet təqdim edir. Bundan əlavə, limitsiz paketlərin yenilənməsi zamanı nəinki təqdim olunan MB kvotası, hətta müştəri təcrübəsi səviyyəsi belə mühüm dərəcə artırılıb. Adətən limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatanda internet sürəti da aşağı düşür. İndi isə limitsiz internet paketlərin təyin edilmiş meqabayt kvotası başa çatdıqda “Bakcell”in avtomatik “Yüksək sürət” xidməti sayəsində abunəçilər hər 100 MB üçün sadəcə 0.89 AZN ödəməklə aylıq limitsiz paketin növbəti yenilənməsinə qədər internetdən yüksək sürətlə istifadə etmək imkanına malikdirlər.

“Bakcell ölkənin aparıcı mobil internet provayderidir. Biz daiminternet keyfiyyətini artırır, yeni məhsullar yaradır və qiymət planlarına daha çox dəyər qatır, müştərilərin ehtiyac və gözləntilərini ən yüksək səviyyədə qarşılamağa çalışırıq”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. “İnternet tariflərinin ətraflı təhlili bizim üçün abunəçilərimizi sevindirməyə daha böyük imkanlar yaradır. Abunəçilərimiz daha az ödəməklə daha çox internet əldə etməyə layiqdirlər”, -deyə cənab Fedja Hadziç əlavə edib.

Qeyd etmək lazımdır ki, Bakcell şirkəti “carrier aggregation” (tezlik daşıyıcılarının birləşməsi) texnologiyasından istifadə edərək dünya üzrə Kateqoriya 6 “LTE-Advanced” xidmətlərini göstərən 73 şəbəkədən biridir. Hazırda, yenilənmiş Bakcell şəbəkəsi daha yüksək internet sürətini (225 mbit/s) dəstəkləməyə tam şəkildə hazırdır.

***
Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti