...

Moldova Azərbaycan şirkətlərinin enerji resurslarının işlənməsində iştirakda maraqlıdır (FOTO)

İqtisadiyyat Materials 24 Avqust 2016 15:56 (UTC +04:00)
Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuke Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.
Moldova Azərbaycan şirkətlərinin enerji resurslarının işlənməsində iştirakda maraqlıdır (FOTO)

Bakı. Trend:

Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri George Leuke Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə, informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına, həmçinin Moldova şirkətlərinin dekabrın 7-də Bakıda keçiriləcək Caspian Energy Forum-da iştirakına toxunulub.

Bu barədə Trend-ə Caspian European Club-dan məlumat verilib.

Moldova ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrdən danışan səfir qeyd edib ki, “hazırki mərhələdə ən mühüm məsələ iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işini bərpa etməlidir. Belə ki, komissiyanın son iclası 2012-ci ildə təşkil olunub. Həmin tarixdən xeyli vaxt ötüb. Artıq iqtisadi əlaqələrimizi yaxşılaşdırmaq üçün zəruri olan prosesləri həyata keçirməyin zamanıdır”.

Onun sözlərinə görə, protokolun planında təkcə iqtisadi və ticari deyil, həmçinin humanitar-mədəni, təhsil, səhiyyə, əhalinin sosial müdafiəsi kimi digər sahələr, eləcə də diasporlarla əlaqəli məsələlər üzrə əməkdaşlıq öz əksini tapıb.

“Biz sentyabrın sonunadək hökumətlərarası iclası keçirməyə hazır olduğumuzu bildirdik. Əlbəttə ki, ilk növbədə bizim həmsədrimiz - baş nazirin müavini, iqtisadiyyat naziri Oktavian Kalmık və onu müşayiət edən nümayəndə heyəti gəlməlidir. Azərbaycan tərəfindən həmsədr baş nazirin birinci müavini Yaqub Eyyubovdur”, - deyə səfir vurğulayıb.

Moldovanın enerji sektorundan bəhs edərkən səfir qeyd edib ki, hələ ötən əsrin 70-ci illərində başlanmış yataqların işlənməsi 1984-cü ildə davam etdirilib: “Bizim cəmi üç yatağımız var. Lakin əksər buruqların qazma dərinliyi 1000 metrə qədər olub və onlardan yalnız bir neçəsi 3000 metrə kimi və ya ondan bir qədər artıq olub. Bu gün həmin qazma işlərini və mədənlərin reabilitasiyasını davam etdirməkdən ötrü investisiya tələb olunur. Müəyyən nəhəng karbohidrogen resurs ehtiyatlarının aşkarlanmasının perspektivi geoloji baxımdan üzə çıxarılıb”.

“Hökumət tərəfindən açıq beynəlxalq tender elan edilib və biz həmin tenderdə digərləri ilə yanaşı, dünyanın ən təcrübəli istehsalçılarından və dost ölkə olan Azərbaycanın da iştirakında maraqlıyıq”, - deyə səfir bildirib.

Görüşün sonunda səfir “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. O, müsahibədə ikitərəfli əlaqələrin inkişafı imkanları, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərinə toxunub, enerji bazarının inkişaf perspektivlərindən və həmçinin turizm sektoru, enerji əməkdaşlığının inkişafından danışıb.

E-mail: [email protected]; [email protected]

URL: www.caspianenergy.net;

www.caspianenergy.org;

www.caspianenergyforum.com;

www.caspianenergy.info;

www.caspianenergy.photo;

www.caspianenergy.tv;

www.caspianenergy.media;

www.caspianenergy.ceo;

www.caspianenergyaward.com;

www.award.az;

www.award.ceo;

www.brandaward.org;

www.oil-gas.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti