...

"Bu günün gənci, sabahın sahibkarı" təlimi

İqtisadiyyat Materials 30 Avqust 2016 13:51 (UTC +04:00)
“Bu günün gənci, sabahın sahibkarı” mövzusunda təlim keçirilib.
"Bu günün gənci, sabahın sahibkarı" təlimi

Bakı. Trend:

“Bu günün gənci, sabahın sahibkarı” mövzusunda təlim keçirilib.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Bu günün gənci, sabahın sahibkarı” layihəsi çərçivəsində gənc sahibkarlar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər üçün vergilərlə bağlı təlim keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına Azərbaycanın vergi sistemi barədə ətraflı məlumat verilərək bildirilib ki, vergi sistemində aparılan islahatlar nəticəsində ölkədə müasir vergi inzibatçılığı formalaşıb, vergi orqanları tərəfindən sahibkarlığın inkişafının dəstəklənməsi, özəl sektorun fəaliyyətinin genişləndirilməsi, investisiya qoyuluşlarının stimullaşdırılması, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması məqsədilə vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Sonra tədbir iştirakçılarının vergilərin növləri, vergi ödəyicilərinin qeydiyyatı və uçotu, POS-terminalların və nəzarət kassa aparatlarının tətbiqi qaydaları, vergi yoxlamaları, Vergilər Nazirliyi tərəfindən göstərilən xidmətlər, nazirliyin rəsmi internet səhifəsi və 195 Çağrı Mərkəzinin fəaliyyəti ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti