...

Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər siyahısında yer alıb

İqtisadiyyat Materials 6 Sentyabr 2016 13:31 (UTC +04:00)
“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) 2016 hesabatını dərc edib.
Azərbaycan müsəlman turistləri üçün ən yaxşı istiqamətlər siyahısında yer alıb

Bakı. Trend:

“Mastercard” və “CrescentRating” müsəlman turistlərin səyahət istiqamətləri və tələblərini araşdıran Müsəlmanların Qlobal Səyahət İndeksi (GMTI) 2016 hesabatını dərc edib.

Trend-in məlumatına görə, hesabatda bildirilir ki, Malayziya, BƏƏ və Türkiyə ən yüksək indeks göstəricilərinə malik olmaqla müsəlman turistlər üçün ən məşhur istiqamətlər siyahısında ilk sıralarda yer alıblar. 130 turizm istiqamətini əhatə edən araşdırma nəticəsində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri sırasında Azərbaycan 20-ci yerdə qərarlaşıb.

Ötən ilin hesabatı ilə müqayisədə BƏƏ bir pillə irəliləyərək İƏT istiqamətləri siyahısında ikinci yerə sahib çıxıb. Fars körfəzi ölkələrinin əməkdaşlıq şurasının digər üzvləri olan Qatar, Səudiyyə Ərəbistanı, Oman və Bəhreyn də ilk onluqda yer alıblar. Siyahıda liderliyi Malayziya qoruyub saxlayıb.

İƏT-ə üzv olmayan ölkələrdən isə Sinqapur birinci olub. Növbəti sıralarda Tailand, Böyük Britaniya, CAR və Honkonq qərarlaşıb.

Bununla yanaşı, araşdırmanın nəticələrinə əsasən, 2015-ci ildə qlobal olaraq orta hesabla 117 mln. müsəlman turist qeydə alınıb ki, bu da ümumilikdə turizm bazarının 10%-ni təşkil edir. Sözügedən göstəricinin 2020-ci ilədək 168 mln. nəfərə və ya ümumi turist axınının 11%-nə çatacağı gözlənilir. Qeyd olunan tarix üçün müsəlman turistlərin xərclərinin 200 mlrd. ABŞ dollarını üstələyəcəyi proqnozlaşdırılır.

Asiya və Avropa ölkələri ümumilikdə müsəlman turist axınının 87%-ni qəbul etməklə müsəlman turistləri cəlb edən əsas iki region olub.

Sürətlə inkişaf edən bu sektor üzrə ən geniş araşdırmanın nəticələrinə əsasən, təqdim olunmuş hesabatda Orta Şərq və Afrika regionundan 8 ölkə müsəlman turistləri üçün ən yaxşı səyahət istiqamətlərinin ilk onluğunda yer alıb.

“Orta Şərq və Afrika regionundan olan 8 ölkənin “MasterCard” və “CrescentRating”in təqdim etdiyi Müsəlmanların Qlobal Səyahət İndeksi 2016 hesabatında yüksək sıralarda yer alması bizi sevindirir. Bu göstəricilər regionun inkişafı və sürətlə böyüməkdə olan müsəlman turist bazarının tələblərinə köklənməsini vurğulayır. Bu da məqsədəuyğun bir addımdır, belə ki, məhz müsəlman turist sektoru uzunmüddətli dayanıqlı iqtisadi inkişafın aparıcı qüvvələrindən birinə çevrilməkdədir”, - deyə “Mastercard”ın Orta Şərq və Afrika regionu üzrə prezidenti Raqu Malhotra (Raghu Malhotra) bildirib.

GMTI 130 turizm istiqamətini dünyanın ən sürətlə inkişaf edən turizm sektoru üzrə müfəssəl təhlilini həyata keçirən və bu sahədə dolğun məlumat təqdim edən bir araşdırmadır. Bu indeks turizm məkanlarına, səyahət xidmətlərinə və investorlara müsəlman turizm sektorunun inkişafı və dəyişikliklərini izləməyə imkan verən bir göstəricidir.

130 turizm istiqamətinin hər biri GMTI-də ailəvi istirahətin uyğunluğu, xidmət səviyyəsi, təklif olunan imkanlar və seçimlər, marketinq təşəbbüsləri və turist axını kimi meyarlara əsasən qiymətləndirilir. Bu ildən etibarən daha iki meyar – hava nəqliyyatı və vizanın alınması ilə bağlı əməliyyatlar da nəzərdən keçirilir. Bu keyfiyyətlər ümumilikdə qiymətləndirilərək hər bir təyinat nöqtəsi üçün vahid indeks tərtib olunur.

Hesabatın tam versiyası ilə burada tanış olmaq mümkündür.

GMTI 2016 indeksinin İƏT-ə daxil olan top 20 istiqaməti

YER

GMTI 2016 İNDEKSİNDƏ YER

İSTİQAMƏT

GÖSTƏRİCİ

1

1

Malayziya

81.9

2

2

BƏƏ

74.7

3

3

Türkiyə

73.9

4

4

İndoneziya

70.6

5

5

Qətər

70.5

6

6

Səudiyyə Ərəbistanı

70.4

7

7

Oman

70.3

8

9

Mərakeş

68.3

9

10

İordaniya

65.4

10

11

Bəhreyn

65.3

11

12

Bruney

64.6

12

13

Küveyt

64.1

13

14

Tunis

63.7

14

15

İran

63.6

15

16

Qazaxıstan

63.3

16

17

Misir

63.1

17

18

Maldiv

61.8

18

19

Banqladeş

60.0

19

22

Əlcəzair

58.5

20

23

Azərbaycan

57.3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti