...

Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol əsaslı təmir olunur

İqtisadiyyat Materials 19 Sentyabr 2016 09:44 (UTC +04:00)
Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.
Dəmir yolunun Atbulaq-Nəvai mənzilində 11 km yol əsaslı təmir olunur

Bakı. Trend:

Azərbaycan Dəmir Yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, sentyabrın 19-da Atbulaq-Nəvai mənzilində 11 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri bir həftə davam edəcək.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.

Qeyd edək ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Yeni layihənin icrasına ютян илин oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 153 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti