...

“Günəşli” yatağındakı 217 nömrəli quyu istismara verilib

İqtisadiyyat Materials 19 Sentyabr 2016 12:05 (UTC +04:00)
“Günəşli” yatağındakı 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
“Günəşli” yatağındakı 217 nömrəli quyu istismara verilib

Bakı. Trend:

“Günəşli” yatağındakı 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 217 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu məhsuldar qatın Fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul vermiş, 2846-2813 metr intervaldan sutkalıq 110 ton neft və 14000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti