...

“Elektron imza”dan istifadə daha da asanlaşdı

İqtisadiyyat Materials 20 Sentyabr 2016 13:31 (UTC +04:00)
sertifikat daşıyıcılarının yeni bir növünü - USB tokenləri vətəndaşların ixtiyarına verib.
“Elektron imza”dan istifadə daha da asanlaşdı

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi “Elektron imza” sertifikat daşıyıcılarının yeni bir növünü - USB tokenləri vətəndaşların ixtiyarına verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, informasiya təhlükəsizliyi və istifadəçi rahatlığı üçün nəzərdə tutulmuş, etibarlılıq müddəti 3 il olan bu tokenlər həm də elektron xidmətlərdən rahat istifadə imkanı yaradacaq.

İstənilən bank xidmətlərində, gömrük və vergi bəyannamələrinin doldurulmasında müştəri və eləcə də, sahibkar öz mobil qurğusundan, yaxud kompüterindən istifadə edərək USB tokenlərlə çox asanlıqla əməliyyat apara bilər.

USB tokenləri vətəndaşların, dövlət qurumları əməkdaşlarının, hüquqi şəxslərin autentifikasiya və “e-imza” kartı məlumatlarının unikal daşıyıcısı hesab etmək olar.

Bu gün “Elektron imza” kartı təkcə imzalama vasitəsi kimi deyil, həm də vətəndaşların "Elektron hökumət" portalına girişi üçün, eləcə də bir sıra informasiya sistemlərinin açarı kimi istifadə olunur.

USB tokenin istifadəsi də olduqca sadə və rahatdır. Bundan əvvəl, “Elektron imza” dan istifadə etmək üçün kart və kart oxuyucunun alınması zəruri idi. İndi isə yalnız USB formasında olan tokeni almaq kifayətdir ki, “elektron imza”dan rahatlıqla istifadə edəsən. Qeyd edək ki, əvvəl istifadəçi kart oxuyucunu aktiv etmək üçün proqram təminatını internet üzərindən yükləməli və uzun quraşdırma prosesindən keçməli idi. USB tokenlərdə isə, tələb olunan proqram təminatı tokenin daxilində yerləşir və ilkin istifadə zamanı avtomatik olaraq istifadəçi qurğusuna yüklənilərək asanlıqla quraşdırılır.

Eyni zamanda, USB tokenlər daha sərfəlidir. Belə ki, “Elektron imza” kartı üçün 18 manat, kart-oxuyucu üçün isə əlavə olaraq 13 manat ödəniş edilməli olduğu halda, USB tokeni 18 manata əldə etməklə “Elektron imza”nın bütün funksiyalarından yararlanmaq mümkündür.

Yeni daşıyıcı olan USB tokenləri Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat mərkəzlərinə yaxınlaşaraq, həmçinin, onlayn sifariş yolu ilə əldə etmək mümkündür.

Xatırladaq ki, “Elektron imza” kartlarından 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti