...

İrandan gətirilən 2 min tona yaxın gübrə geri qaytarılacaq

İqtisadiyyat Materials 21 Sentyabr 2016 17:24 (UTC +04:00)
İrandan gətirilən gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib.
İrandan gətirilən 2 min tona yaxın gübrə geri qaytarılacaq

Bakı. Trend:

İrandan gətirilən gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevbu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sentyabrın 9-da İranın “KERMANSHAN PETROCHEMİCAL” zavodunun istehsalı olan, “FELESTİNA-2” gəmisi vasitəsi ilə Bakıya gətirilmiş, “Agro menejment” MMC-yə məxsus 1893,1 ton UREA 46% (karbamid) gübrəsindən götürülmüş nümunələrin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin laboratoriyasında analizi aparılıb və həmin gübrənin keyfiyyət göstəricilərinin standartlara uyğun olmaması və normadan dəfələrlə aşağı olması müəyyən edilib. Belə ki, yükü müşayiət edən sənədlərdə UREA 46% (karbamid) gübrəsində təsiredici maddənin miqdarı 46% göstərildiyi halda, laboratoriya analizinin nəticəsində 30,9% nümunədə azotun miqdarı 0%; 3,0% nümunədə azotun miqdarı 6%; 3,0% nümunədə azotun miqdarı 9%; 3,0% nümunədə azotun miqdarı 19%; 3,2% nümunədə azotun miqdarı 23%; 3,0% nümunədə azotun miqdarı 26%; 5,7% nümunədə azotun miqdarı 30%; 5,7% nümunədə azotun miqdarı 32%; 3,1% nümunədə azotun miqdarı 33%; 5,7% nümunədə azotun miqdarı 36%; 5,7% nümunədə azotun miqdarı 39%; 3,0% nümunədə azotun miqdarı 42%; 5,7% nümunədə azotun miqdarı 43% və yalnız 19,8% nümunədə azotun miqdarı 46% aşkar edilib.

Xidmət rəisi vurğulayıb ki, gübrədə təsiredici maddənin miqdarı normadan dəfələrlə aşağı olduğu üçün həmin gübrənin bitkiçilikdə tətbiqi yolverilməzdir. Bu gübrənin bitkiçilikdə tətbiqi, torpaqdakı mühiti əlverişsiz istiqamətdə dəyişməklə kənd təsərrüfatı bitkilərində boy, inkişaf və məhsuldarlığa əhəmiyyətli təsir göstərməyəcək. Nəticədə ətraf mühitin çirklənməsinə, lüzumsuz xərclərin artmasına, məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olacaq.

C.Quliyev nəzərə çatdırıb ki, “Fitosanitar nəzarət haqqında” Azərbaycan Respublikasının 12 may 2006-cı il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 22 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi Qaydaları”na uyğun olaraq “Agro menejment” MMC-nin ünvanına daxil olub, İranın “KERMANSHAN PETROCHEMİCAL” zavodunun istehsalı olan 1893,1 ton UREA 46% (karbamid) gübrəsinin ixracatçı ölkəyə geri qaytarılması üçün Dövlət Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti