...

BSC Consulting & Outsourcing sahibkarlığa dəstəyini davam etdirir (FOTO)

İqtisadiyyat Materials 22 Sentyabr 2016 12:31 (UTC +04:00)
Son zamanlar dünyada baş verən iqtisadi dəyişikliklərə baxmayaraq Azərbaycanın siyasi-iqtisadi həyatında, xüsusilə də sahibkarlığın müxtəlif sahələrində fəaliyyət dairəsi genişlənib, yeni-yeni nailiyyətlər əldə edilib.
BSC Consulting & Outsourcing sahibkarlığa dəstəyini davam etdirir (FOTO)

Bakı. Trend:

Son zamanlar dünyada baş verən iqtisadi dəyişikliklərə baxmayaraq Azərbaycanın siyasi-iqtisadi həyatında, xüsusilə də sahibkarlığın müxtəlif sahələrində fəaliyyət dairəsi genişlənib, yeni-yeni nailiyyətlər əldə edilib.

Bu sahədə xüsusi rolu olan BSC Consulting & Outsourcing Şirkəti sahibkarlığa dəstək istiqamətində daima maarifləndirmə işləri aparmaqda davam edir. Sentyabrın 16-da BSC Consulting & Outsourcing Şirkətinin təşkilatçılığı ilə Bioloji Təbabət klinikasında HR sisteminin qurulmasına dair xidmətlər çərçivəsində əməkdaşların intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də korporativ mədəniyyətin formalaşdırılması və asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə “Xəmsə” milli intellektual oyunu keçirilib. Oyunda BSC Consulting & Outsourcing Şirkətinin HR departamentinin rəhbəri Təhminə Dəmirova çıxış edib şirkətin xidmətlərinin səmərəliliyi barədə məlumat verərək oyunu açıq elan edib.

Mədəniyyət, səhiyyə və müxtəlif istiqamətli suallardan ibarət olan yarışma 4 – “Miraj”, “Təbib”, “BT-REX” və “Ulduz” komandalarının iştirakı ilə təşkil olunub. I yeri “Miraj” komandası tutaraq xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Sahibkarlığın inkişafında insan kapitalının, insan resurslarının düzgün idarə edilməsi zərurəti müasir iqtisadi tələblərin göstəricisidir. Bu istiqamətdə autsors xidmətlərindən faydalanmaq isə geniş yayılmışdır. Təsadüfi fryil ki, ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalar autsorsinq fəaliyyətindən geniş yararlanmaqdadır. Bir çox iri korporasiyaların seçimi olmuş Business Servise Center (BSC) Consulting & Outsourcing Company bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir.

Artq 20 ildir öz sektorunda fəaliyyət göstərən BSC Consulting & Outsourcing Company öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40 –dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət, bu müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən BSC Consulting & Outsourcing Company öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur. Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumatı http://www.bsc.az/ əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti