...

Avstriya Bakıya uçuşları bərpa etmək niyyətindədir

İqtisadiyyat Materials 23 Sentyabr 2016 11:15 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.
Avstriya Bakıya uçuşları bərpa etmək niyyətindədir

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində Avstriyanın Federal Avropa, inteqrasiya və xarici işlər naziri Sebastian Kurz ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Avstriya arasında siyasi dialoqun intensiv xarakter daşıdığı və əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

S.Kurz Azərbaycan hökuməti tərəfindən yaradılan biznes mühitini təqdir etdiklərini və Avstriya şirkətlərinin ölkəmizə sərmayə qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb. O, Avstriya Hava Yollarının Bakıya uçuşları bərpa etmək niyyətində olduğunu da qeyd edib.

E.Məmmədyarov ölkəmizin Avstriya ilə iqtisadi əlaqələri inkişaf etdirməkdə maraqlı olduğu, bu xüsusda Avstriya sərmayəsinin ikitərəfli münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edib.

ATƏT-ə növbəti sədrlik edəcək ölkə kimi Avstriyanın mövcud münaqişələrin həllinə səylər göstərəcəyini bildirən Sebastian Kurz, bu statusda Azərbaycana səfər etmək, ikitərəfli və çoxtərəfli formatda müxtəlif məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti