...

Nazir: Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarısında hotellərin tutulması 23,5% artıb

İqtisadiyyat Materials 27 Sentyabr 2016 12:27 (UTC +04:00)
Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarım illiyində hotellərin tutulması 23,5% artıb.
Nazir: Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarısında hotellərin tutulması 23,5% artıb

Bakı. Trend:

Keçən ilə nisbətən regionlarda bu ilin ilk yarım illiyində hotellərin tutulması 23,5% artıb.

Trend-in məlumatına görə, bunu bu gün - A­zərbaycanda "Turizm i­şçiləri günü" peşə ba­yramı ilə bağlı keçir­ilən mətbuat konfrans­ında mədəniyyət və tu­rizm naziri Əbülfəs Qarayev deyib.

Nazirin sözlərinə görə, yerlərin dolma faizinə görə bu il artım çoxdur: "Belə ki, İsmayıllı və Şamaxıda 92%, Göygöldə 95-100%, Qəbələdə 100%, Lerikdə 90%, Təngaltıda 95% yerlər tutulub. Hələ ki Mingəçevir və Xızıda (30%) bu il yerlərin tutulması az faiz təşkil edib".

Nazir həmçinin qeyd edib ki, Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin daha çox inkişaf etməsinə şərait yaradacaq: "Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək. Ticarət festivallarının keçirilməsi də tutizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30%-i geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq. Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq turizm sektoru üçen fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Bu ərazilər prespektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubayda, Rusiyada, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik".

Nazir sonra bildirib ki, sərhəd məntəqələrində buraxılış sisteminin təkmilləşdirilməsi üçün tədbirlər görülür: "Artıq 3 ulduzlu hotellərin tikilməsinə böyük ehtitac var. Bu istiqamətdə digər qurumlarla birgə layihələr həyata keçirilir. Termal turizm artıq öz axarına düşüb. Qış mövsümündə də daimi turizmin təmin edilməsi üçün layihələri həyata keçirilir. Gömrük Komitəsi ilə müzakirələr aparılır. Ölkəyə gələn turistlərin rahatlığını təmin etmək üçün birgə işlər görüləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti