...

“The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçirilib (FOTO)

İqtisadiyyat Materials 27 Sentyabr 2016 13:06 (UTC +04:00)
“The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçirilib. Layihə “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və “Baku Fashion Night” təşkilatının dəstəyi ilə keçirilib.
“The Most Stylish One”  dizayner layihəsinin ikinci mövsümü keçirilib (FOTO)

Bakı. Trend:

“The Most Stylish One” dizayner layihəsinin ikinci mövsümü keçirilib. Layihə “Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi, FMS Models moda agentliyi və “Baku Fashion Night” təşkilatının dəstəyi ilə keçirilib.

Trend-in məlumatına görə, “The Most Stylish One” adlı layihə yerli modelyer-dizaynerlərə və moda ilə maraqlanan auditoriyaya dəstək məqsədilə təşkil edilib. Layihə ildə iki dəfə mövsümü olaraq fevral və sentyabr aylarında keçirilir. İlk dəfə fevralın 19-da keçirilib və dizaynerlər, moda sevənlər tərəfindən böyük maraqla qarşılanıb. Layihədə moda evlərinin dizaynerləri tərəfindən mövsümün yeni trendləri nümayiş olunub və tədbirdə yeni Azərbaycan dizaynerlərinin adları elan olunub.

Tədbirdə moda evləri və modelyerlərdən “Fashion Lab” brendinin yaradıcıları olan Ekatirina Eren və dizayner Liana Allahverdiyeva, modelyer-dizayner Gülüm Əsədullayeva, dizayner və geyim üzrə stilist Sehri Rəhimova, dizaynerlər Günay Quliyeva, Fatimə Kəngərli, Sevinc Rzayeva, Nərgiz Muxtarova, Ülkər Hüseynova iştirak etdilər. Tədbiri öz ifalarl ilə pianoçu, bəstəkar və müğənni Aysel Məmmədova və “O Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Riyad Abdulov daha da rəngarəng etdilər. Səsvermənin nəticələrinə görə “The Most Stylish One” layihəsinin qalibi gənc dizayner Fatimə Kəngərli oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti