...

Şəmkirdə yeni Şəkər Emalı zavodu inşa ediləcək (FOTO)

İqtisadiyyat Materials 29 Sentyabr 2016 14:47 (UTC +04:00)
Azərbaycanın Qərb bölgələrində şəkər çuğunduru sahələri genişləndiriləcək.
Şəmkirdə yeni Şəkər Emalı zavodu inşa ediləcək (FOTO)

Bakı. Trend:

Azərbaycanın Qərb bölgələrində şəkər çuğunduru sahələri genişləndiriləcək. “Azərsun Holdinq” mütəxəssisləri tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələrin uğurla nəticələnib.

“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək, nəticədə İmişli Şəkər Zavodunun xammalla təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq.

Əgər əvvəllər adıçəkilən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verilirdisə, indi bu say ikiyə çatdırılacaq. Eyni zamanda, Şirkətlər Qrupu Şəmkir rayonu ərazisində şəkər çuğunduru əkinlərini həyata keçirib ki, bu addım da uğurla nəticələnib, gələn ildən isə bu sahələr genişləndiriləcək və yeni Şəkər Emalı zavodu inşa ediləcək. Nəticədə ətraf bölgələrdə də şəkər çuğunduru əkinləri geniş vüsat alacaq.

Bildirilir ki, Şəmkir və digər rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəlməsinə və işlə təmin olunmasına mühüm töhfə verilmiş olacaq. Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər isə məhsullarını daha yaxın ərazidə yerləşən müəssisəyə təhvil verə biləcəklər ki, nəticədə daha az zaman itirərək daha çox gəlir əldə edə biləcəklər.

Bu yeniliklər barədə məlumat şəkər çuğunduru qəbulu mövsümünün başlanılması ilə əlaqədar olaraq “Azərsun Holdinq” və İmişli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd olunmuş Şəkər Bayramında verilib. Tədbir çərçivəsində millət vəkilləri, rayon icra hakimiyyətinin nümayəndələri və Şirkətlər Qrupunun rəhbər şəxsləri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsini hörmətlə yad ediblər. Sonra İmişli Mədəniyyət evində konsert proqramı təşkil edilib. İmişli rayonu İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ərzində əldə edilən uğurlar, yaradılan yeni iş yerləri barədə ətraflı məlumat verib, sakinləri bu bayram münasibəti ilə təbrik edib.

“Azərsun Holdinq”in baş direktoru Savaş Uzan isə şəkər çuğunduru sahələrinin ildən ilə genişləndirildiyini, bununla dai İmişli və ətraf rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə veriləcəyini bildirib. Tədbirdə ölkənin 29 rayonunda 3000-ə yaxın fermer təsərrüfatları tərəfindən yetişdirilən şəkər çuğundurunun qəbuluna start verildiyi bildirilib. Qeyd edək ki, “Azərsun Holdinq” əkin ərazilərini mövcüd 7500 hektardan 10 000 hektara yüksəltməyi nəzərdə tutub ki, ki, burada da təxminən 400 min ton çuğundurun yetişdirilməsi planlaşdırılır. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, sahələrin genişləndirilməsi nəticəsində çoxlu sayda insanın işlə təmin olunması həyata keçiriləcək, hazırda 100 min nəfər qədər olan bu rəqəmin daha da artırılması mümkün olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti