...

Deloitte Apple iPhone və iPad ilə biznes transformasiyanı sürətləndirəcək

İqtisadiyyat Materials 30 Sentyabr 2016 10:24 (UTC +04:00)
Deloitte-in təqdim etdiyi yeni Apple təcrübəsi şirkətlərə iPhone və iPad həllərini yaratmağa və tətbiq etməyə kömək edəcək.
Deloitte Apple iPhone və iPad ilə biznes transformasiyanı sürətləndirəcək

Bakı. Trend:

Deloitte-in təqdim etdiyi yeni Apple təcrübəsi şirkətlərə iPhone və iPad həllərini yaratmağa və tətbiq etməyə kömək edəcək. Apple® və Deloitte şirkətləri bu gün tərəfdaşlıq haqqında elan ediblər. Bu barədə Trend-ə Deloitte-dən məlumat verilib.

İki böyük şirkət birgə olaraq müəssisələrə iOS platforması ilə işləyən iPhone® və iPad® -in iş mühitinə gətirdiyi effektivlik, maksimal güc və təhlükəsizlik vasitəsilə iş üsullarını tez və asanlıqla transformasiya etməyə kömək edəcəklər.

Əməkdaşlığın bir hissəsi olaraq, Deloitte unikal Apple təcrübəsi yaradacaq. Burada 5000-dən çox strateji məsləhətçi şirkətlərə bütün müəssisənin, müştəriyə xidmət göstərən funksiyalardan, xüsusilə pərakəndə satış, sahə xidmətləri, və işəgötürmədən tutmuş, araşdırma və inkişaf, inventarın idarə edilməsi və rezerv ofis sistemlərinə qədər iş tərzini dəyişdirməyə kömək edəcəklər.

Apple və Deloitte həmçinin Deloitte Consulting-in təklif etdiyi EnterpriseNext adlı yeni xidmət xəttinin inkişaf etdirilməsi sahəsində də əməkdaşlıq edəcəklər. Bu xidmət iş yerində avadanlıq, proqram təminatı, və xidmətlərin iOS ekosistemindən tam yararlanması üçün yaradılıb. Yeni təklif müştərilərə fəaliyyət göstərdikləri sənaye sahəsində ən yüksək təsir imkanlarını üzə çıxarmağa və sürətli test nümunələri vasitəsilə xüsusi həllər yaratmağa kömək edəcək.

"Biz bilirik ki, iOS biznes üçün ən yaxşı mobil platformadır, çünki biz Deloitte işçilərinin 75 xüsusi əlavədə istifadə etdiyi 100,000 iOS cihazından faydalandığını görürük", deyə Deloitte Global-ın Baş İcraçı Direktoru Punit Rencen (Punit Renjen) bildirib.
"Bizim xüsusi Apple praktikamız qlobal bizneslərə lazım olan təcrübə və resurslar verəcək. Bu da ki, güclü iOS ekosistemindən faydalanmaq üçün onların öz mobil işçi qüvvəsini gücləndirməyə, iPhone və iPad təklifləri, səmərəlilik və məhsuldarlığı artırmaqla məqsədlərinə nail olmağa yardım edəcək."

"Rəqəmsal transformasiya strategiyasında lider olan Deloitte şirkəti müştərilərə iOS, iPhone, və iPad istifadə qaydalarında əsl çevriliş yaratmağa kömək edən Apple ilə əməkdaşlıq üçün yaradılmış xüsusi strateji məsləhətçilər komandası gətirən ideal bir tərəfdaşdır," - deyə Apple-ın Baş İcracı Direktoru Tim Cook bildirib.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-in regiondakı 244,000-dən artıq peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır. Deloitte 5 Fortune Global şirkətlərindən 4-nə xidmət edir.

Deloitte haqqında
Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin, “Deloitte Global”) müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun. Deloitte MDB-nin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/az/about səhifəsinə daxil olun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti