...

Gəncədə sahibkar qadınlar üçün treninq

İqtisadiyyat Materials 30 Sentyabr 2016 18:12 (UTC +04:00)
Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənc sahibkar qadınlar üçün treninq keçirilib.
Gəncədə sahibkar qadınlar üçün treninq

Bakı. Trend:

Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin və “Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənc sahibkar qadınlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunu əhatə edən treninqdə biznesin növləri və təşkilati-hüquqi formaları, biznesin planlaşdırılması və idarə edilməsi, biznesdə insan resurslarının səmərəli idarə olunması və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, tədbirdə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti