...

NIKOIL | Bank "pulsuz danışıq dəqiqələri" aksiyasına davam edir

İqtisadiyyat Materials 4 Oktyabr 2016 20:35 (UTC +04:00)
NIKOIL | Bank və Bakcell mobil operatorunun birgə layihəsi davam edir.
NIKOIL | Bank "pulsuz danışıq dəqiqələri" aksiyasına davam edir

Bakı. Trend:

NIKOIL | Bank və Bakcell mobil operatorunun birgə layihəsi davam edir.

Bankdan Trend-ə verilən məlumata görə, Beynəlxalq pul köçürmə sistemlərinin hər hansı birindən istifadə etdikdə, NIKOIL | Bank tərəfindən müştəriyə 10 dəqiqədən 50 dəqiqəyə kimi Bakcell danışıq dəqiqələri hədiyyə ediləcəkdir. Müştəri 500-1000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 10 dəqiqə, 1001-5000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə - 20 dəqiqə, 5001-10000 ş.v. məbləği arasında pul köçürməsi etdikdə 30 dəqiqə, 10001 ş.v. məbləğindən artıq pul köçürməsi etdikdə 50 dəqiqə pulsuz danışıq dəqiqələri əldə edəcəkdir. Hal-hazırda NIKOIL | Bank-da "Zolotaya Korona", "Contact", "Caspian Money Transfer", "Lider", "Western Union", "Blizko", "Monex" və "Forsaj" kimi pul köçürmə sistemləri mövcuddur.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti