...

9 ayda 275 çoxmərtəbəli binaya təbii qaz verilib

İqtisadiyyat Materials 5 Oktyabr 2016 10:37 (UTC +04:00)
Bu ilin yanvar-sentyabr aylarında 275 çoxmərtəbəli binaya təbii qaz verilib.
9 ayda 275 çoxmərtəbəli binaya təbii qaz verilib

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında 275 çoxmərtəbəli binaya təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-sentyabr aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 275 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 8434 ailə yaşayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti