...

"AtaSığorta"da 88%-lik artım

İqtisadiyyat Materials 5 Oktyabr 2016 10:40 (UTC +04:00)
“AtaSığorta” ASC sentyabr ayı üzrə hesablanmış sığorta haqları və ödənişlərin statistikasını açıqlayıb.
"AtaSığorta"da 88%-lik artım

Bakı. Trend:

“AtaSığorta” ASC sentyabr ayı üzrə hesablanmış sığorta haqları və ödənişlərin statistikasını açıqlayıb. ASC-dən Trend-ə verilən məlumata görə, “AtaSığorta” ASC sentyabr ayında 759 min 813 manat sığorta haqları hesablayıb. Bu, avqust ayı ilə müqayisədə təxminən 88% çoxdur.

Şirkət bu ilin avqust ayında 404 min 865 manat sığorta haqları toplamışdı. Şirkət sentyabrda 527 hadisə üzrə 391 min 446,52 manat sığorta ödənişi həyata keçirilib. “AtaSığorta” avqustda 290 min 887 manat sığorta ödənişi həyata keçirtmişdi.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə satışlar üzrə 23 filial, nümayəndəlik və ofislər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti