...

Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək

İqtisadiyyat Materials 6 Oktyabr 2016 12:20 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi - Azerbaijan Airspace Supervision & Efficiency Centre (ASEC) inşa ediləcək.
Azərbaycan Avropa və Asiyanın hava məkanlarını birləşdirəcək

Bakı. Trend:

Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi - Azerbaijan Airspace Supervision & Efficiency Centre (ASEC) inşa ediləcək. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvafiq sazişi "Azərbaycan Hava Yolları" QSC və Fransanın "Thales" şirkəti imzalayıb.

Layihə hava hərəkətinə xidmət (ATM) və hava hərəkəti axınının təşkili (AFTM) sisteminin tətbiqi çərçivəsində "Eurocontrol" təşkilati ilə birgə əməkdaşlıqda həyata keçiriləcək.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Hava Məkanının Optimizasiyası Mərkəzi Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (CFMU) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava məkanı axınının əsas planlaşdırma mərkəzi olacaq.

Asiya və Çin bazarlarının sürətli tempi, eləcə də Azərbaycanın strateji mövqeyi həm daxili, həm də tranzit marşrutlarının artmasına kömək edir ki, bununla əlaqədar olaraq ölkəmizə bütün regionda hava axınının təşkili işində mühüm rol ayrılır.

Öz növbəsində, İCAO-nun qlobal aeronaviqasiya planının tələblərinin həyata keçirilməsi gələcəkdə hava hərəkəti axınının artmasına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti