...

Bank VTB (Azərbaycan)-ın aktivləri 17% artıb

İqtisadiyyat Materials 6 Oktyabr 2016 14:59 (UTC +04:00)
Bank VTB (Azərbaycan) fəaliyyətinin bütün əsas istiqamətləri üzrə müsbət dinamika nümayiş etdirib.
Bank VTB (Azərbaycan)-ın aktivləri 17% artıb

Bakı. Trend:

Bank VTB (Azərbaycan) fəaliyyətinin bütün əsas istiqamətləri üzrə müsbət dinamika nümayiş etdirib.

Bankdan Trend-ə verilən məlumata görə,1 sentyabr 2016-cı il tarixinə bankın aktivləri 443,6 mln manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 17% çoxdur.

Hesabat dövrü ərzində bankın depozit portfeli üzrə 37% artım olub və bu, müştərilərin VTB (Azərbaycan)-a olan etibarının göstəricisidir. Kredit portfeli 9% artaraq 377,3 mln manat təşkil edib. Kredit portfelinin əsas hissəsi – 60%-dən çoxu biznes-kreditlərinin payına düşüb. Kredit portfelinin belə strukturu bankın korporativ istiqamətin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlığa dəstəyin artırılması üzrə yeni strategiyasına uyğundur.

Yaxın perspektivdə VTB (Azərbaycan) yerli sahibkarlar üçün əsas tərəfdaş banka çevrilmək niyyətindədir. Bunun üçün bankın yeni komandası formalaşır, yeni xidmət paketi hazırlanır və faktorinq, dokumentar və hesablaşma-kassa əməliyyatlarının tətbiqi üzrə iş aparılır.

Bank VTB (Azərbaycan)-ın məcmu kapitalı Mərkəzi Bankın ölkədəki kommersiya banklarının kapital tələbinə tam cavab verir.

Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib: "Yaxın perspektivdə biz, Rusiya ilə əlaqəli biznesi olan Azərbaycan sahibkarları üçün əsas tərəfdaş-bank olmağı planlaşdırırıq. Bu məqsədlə biz iqtisadiyyatın real sektoru, istehsalat, kənd təsərrüfatı və Rusiyaya məhsulların ixracı kimi sahələri maliyyələşdirmək və inkişaf etdirmək niyyətindəyik”.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti