...

Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

İqtisadiyyat Materials 10 Oktyabr 2016 18:50 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.
Şahin Mustafayev Tacikistan səfiri ilə görüşüb

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidovu qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra konkret məsələlər və əlaqələrin inkişafı perspektivləri müzakirə edilib.

Görüşdə həmçinin, bu il keçiriləcək Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının gündəliyi barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti