...

Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu (FOTO)

İqtisadiyyat Materials 13 Oktyabr 2016 12:37 (UTC +04:00)
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.
Dəmir yolu işçilərinin peşə bayramı günü qeyd olundu    (FOTO)

Bakı. Trend:

Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, öncə dəmiryolçular Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyavanın, Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizin məzarlanm ziyarət ediblər.

"Azərbaycan Dəmir Yollan" QSC-də keçirilən tədbiri giriş sözü ilə açan sədr Cavid Qurbanov tədbir iştirakçılarını 13 oktyabr - dəmir yolu işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib.

Sonra o, "Azərbaycan Dəmir Yolları" QSC-nin bir qrup əməkdaşının ali dövlət mükafatları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 oktyabr 2016-cı ildə imzaladığı sərəncamları oxuyub. Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Umummilli liderimiz Heydər Əliyev ölkənin siyasi rəhbərliyində olduğu bütün dövrlərdə polad magistralın inkişafına daim qayğı göstərib.

Prezident İlham Əliyev dəmir yolu işçilərinin peşə bayramı gününü təsis edərkən məhz bu tarixi əsas götürüb, 7 oktyabr 2005-ci ildə "Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, hər il oktyabnn 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün - Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur, ölkə başçısı dəmiryolçuları ali dövlət mükafatları ilə təltif edir.

Sonra C.Qurbanov Azərbaycan polad magistralında aparılan islahatlar, Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesində görülən işlər haqqında geniş məlumat verib. Bildirib ki, son vaxtlar dəmir yolunda aparılan islahatlar bu nəhəng arteriyanın yenilənməsinə, müasirləşməsinə, son nəticədə, yük daşımalarının, xüsusi ilə tranzit yük daşımalarının həcminin artırılmasına, yüklərin və sərnişinlərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasına, ölkə vətəndaşlarına göstərilən xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.

Sonra bir qrup dəmiryolçuya yeni mənzillərin açarları, "Fəxrı dəmiryolçu" döş nişanı və bayram hədiyyələri təqdim olunub. Tədbir iştirakçılan adından Azərbaycan Prezidenti İlham Əliyevə dəmiryolçuların müraciəti qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti