...

"Günəşli"də daha bir quyu əsaslı təmir olundu

İqtisadiyyat Materials 19 Oktyabr 2016 13:30 (UTC +04:00)
“Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.
"Günəşli"də daha bir quyu əsaslı təmir olundu

Bakı. Trend:

“Günəşli” yatağındakı 13 saylı dərin dəniz özülündə 311 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, quyu məhsuldar qat çöküntülərinin X horizontundan qazlift üsulu ilə məhsul verib, 3040-3005 metr intervaldan sutkalıq 40 ton neft və 7000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti