...

Biznesinizi belə inkişaf etdirin...

İqtisadiyyat Materials 20 Oktyabr 2016 12:00 (UTC +04:00)
Ştat personalı 50 nəfərdən artıq olan "BSC" Consulting & Outsourcing Şirkəti Azərbaycan bazarı üçün prinsipial yeni xidmət olan HR konsultasiyasını və autsors xidmətini təklif edir.
Biznesinizi belə inkişaf etdirin...

Bakı. Trend:

Ştat personalı 50 nəfərdən artıq olan "BSC" Consulting & Outsourcing Şirkəti Azərbaycan bazarı üçün prinsipial yeni xidmət olan HR konsultasiyasını və autsors xidmətini təklif edir. Onun mahiyyəti - korporativ HR bölmələrinin bütün (və ya böyük əksəriyyət) ixtisaslaşdırılmış funksiyalarının autsorsinqə ötürülməsidir. Bu xidmət daha çox müəssisələr, tibb ocaqları, xüsusilə çoxprofilli holdinqlər tərəfindən tələb olunacaqdır.

HR xidmətlərin tam autsorsinq ideyası yeni deyildir. Ümumilikdə, o, xaricdə lazımi inkişaf dərəcəsini qazanmışdır. Belə ki, Garther araşdırmalarına müvafiq olaraq, 2006-cı ildə HR ilə əlaqədar olan biznes proseslərin aursorsinqinin məbləği dünya bazarında 24.6 mlrd. dollara çatmışdır və 2005-ci illə müqayisədə 4.7% artmışdır. Bununla yanaşı biznes proseslərin aursorsinq bazarının birgə həcmi 2006-cı ilə görə 8.3% artmışdır və 134.7 mlrd. dollar təşkil etmişdir. Beləliklə, HR autsorsinqin ümumdünya autsorsinq bazarında payı 18.7%-ə bərabərdir. Bununla belə, Garther məlumatları üzrə HR autsorsinqinin 75%-ə yaxın mədaxili əmək haqqının hesablanması və güzəştlərin idarə edilməsi üzrə xidmət verir: digərləri təlim və treninqlər, rekrutinq və kadrların idarəedilməsinin hesabınadır. Bu gün Azərbaycan bazarında daxili xidmət üçün HR xidmət yalnız headhunting (güclü, çox funksiyalı kadrın cəlb olunması və ya tapılması), rekrutment (müəyyən tələblərə cavab verən əməkdaşlar dəstəsi), treninqlər və personalın qiymətləndirilməsini verir.

Şirkətin kadr kargüzarlığının mühasiblər vasitəsi ilə aparılmasına daha çox üstünlük verilir. Bundan əlavə, çox az firma personalın əsaslanması proqramlarının işlənib hazırlanmasını autsorsinqə verir (məhz bu proseslər HR menecerlərin son dərəcə savadlı olmasını tələb edirlər). HR funksiyaların tam kompleksinin autsorsinqə verilməsi iqtisadiyyat mövzuları üzrə daha cəlbedicidir. İş ondadır ki, müxtəlif HR prosedurların, kompensasiya sistemlərinin işlənib hazırlanması və tətbiq edilməsi, qreydləşdirmənin əsasında personalın təlimi və inkişafı proqramlarının yaradılması yüksək maaşlı menecerlərin cəlb olunmasını tələb edir. Bu cür layihələr tətbiq edildikdən sonra personalı idarəetmə xərcləri aşağı enməlidir, lakin real təcrübədə bu baş vermir. Ümumi xidmət mərkəzlərinin yaradılması xeyrinə ikinci dəlil o faktdır ki, Azərbaycan bazarında - xüsusilə regionlarda - həm nəzəriyyədə, həm də təcrübədə həqiqətən güclü HR mütəxəssisləri o qədər də çox deyildir (ona görə ki, ölkədə onların hazırlanması üçün ali təhsil müəssisələri və ixtisaslaşdırılmış kurslar kifayət qədər deyildir).

HR xərclərini savadlı idarə etmək lazımdır. İri müəssisələrin HR xidmətlərinin əsas və daha çətin məsələləri personalı dəyərləndirmə sisteminin işlənib hazırlanmasıdır. Lakin bu sistem yaradılmışdır və effektli işləyir, o zaman onun yüksək maaşlı və yüksək ixtisaslı yaradıcıları iş başında olmurlar. İşdən azad olunmamaları üçün onlar səhmdarlara öz faydalıqlarını hər cür sübut etməyə məcbur olurlar. Bu ziddiyyətdən çıxış yolu yalnız HR funksiyaların autsorsinqə verilməsi ola bilər.

HR xidmətlərin ənənəvi funksiyalarının bütün kompleksinin (və ya təxminən bütün) autsorsinqə verilməsi hallarında şirkətlərin HR proseslərinin işlənib hazırlanması, təlimi, inkişafı və personal seçimi üzrə bahalı mütəxəssislərin saxlanılması zəruriliyi olmur. Daha doğrusu, HR xidmətlərin autsorsinqə verilməsi sayından asılı olaraq, mütəxəssislərin sayının lazımi minimal səviyyəyə endirilməsi imkanı əmələ gəlir.

Baza səviyyəsinin empirik əhəmiyyəti (HR funksiyalarının bir çoxunu yalnız şəxsi gücləri ilə realizə edən şirkətlər üçün) belədir: bir HR xidməti əməkdaşı 100 nəfər ştat personalına. Hal-hazırda "BSC" HR konsultasiya komandasının sayı həm yaxşı nəzəri hazırlığa, həm də zəngin təcrübəyə malik olan on beş nəfər komandadan ibarətdir və gələcəkdə elan olunacaq xidmət tələbatının artması həddi üzrə artacaqdır. Bu gün HR xidmətinin autsors edilməsi çətin və məsuliyyətli prosesdir.

Burada autsorsa verilən müəssisənin güvənliyinin yoxlanılması və orada çalışan işçilərin professional olması mütləqdir. Belə ki, başqa xidmətlərin autsorsa verilməsi nəticəsində yarana biləcək risklərdən ən risklisi müəssisənin İnsan Resurslarına dəyə biləcəyi ziyandır. “BSC”MMC bu gün böyük təcrübəyə malik fəaliyyəti ilə yarana biləcək riskləri təhlil etmək, araşdırmaq və aradan qaldırmaq qabiliyyətinə malikdir. Bu sahədə nəzəri və təcrübi biliklərə malik olan komandası ilə insan resurslarının idarə edilməsi sahəsinə dair bütün prosedurların yüksək səviyyədə keçirilməsini təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti