...

Sürücülərin diqqətinə (FOTO)

İqtisadiyyat Materials 21 Oktyabr 2016 14:16 (UTC +04:00)
Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.
Sürücülərin diqqətinə (FOTO)

Bakı. Trend:

Ziya Bünyadov və Heydər Əliyev prospektinin kəsişməsində avtonəqliyyat sıxlığını aradan qaldırmaq məqsədi ilə hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə (Böyükşor Qovşağı) son zamanlar müşahidə olunan tıxacların yaranma səbəblərinin araşdırılması məqsədi ilə aidiyyatı qurumların və “Azəravtoyol” ASC-nin mütəxəssisləri tərəfindən yerində müayinə aparılıb və müəyyən edilib ki, nəqliyyat vasitələrinin Atletlər kəndindən Ziya Bünyadov prospektinə və Ziya Bünyadov prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinin zolaqdan-zolağa yerdəyişmələrinin tənzimlənməsi üçün hərəkətin təşkilində dəyişiklik edilərək, mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə dəmir-beton arakəsmə ilə ayırıcı zolağın tikintisinə ehtiyac var.

Sözügedən ərazidə nəqliyyat sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi üçün nəzərdə tutulan işlərin həyata keçirilməsi məqsədilə hərəkətin təşkilində dəyişiklik edilməsi ilə bağlı Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına müraciət olunub. Sözügedən ərazidə mövcud olan üfüqi nişanlanma xəttinin əvəzinə 132 metr uzunluğunda dəmir-beton arakəsmələrdən ibarət ayırıcı zolağın qanunvericiliyin Tikinti Norma və Qaydalarının (TN və Q-2.05.02-85) tələblərinə uyğun tikintisi aparılıb.

“Azəravtoyol” ASC tərəfindən atılmış məqsədyönlü addımlar avtonəqliyyat axınına müsbət təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti