...

"Azəravtoyol": Bakı Dairəvi yolundakı çatlar...

İqtisadiyyat Materials 24 Oktyabr 2016 15:24 (UTC +04:00)
Yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib.
"Azəravtoyol": Bakı Dairəvi yolundakı çatlar...

Bakı. Samir Əli - Trend:

Bakı Dairəvi yolunun kənarında əmələ gələn çatlar təhlükəli deyil.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, həmin ərazidəki vəziyyət nəzarətdə saxlanılır.

A.Nəcəflinin səzlərinə görə, yolu inşa edən podratçı şirkətə bununla bağlı məlumat verilib:

“Onlara tapşırılıb ki, həmin hissənin bərpası həyata keçirilsin. Ərazidə təhlükəli vəziyyət yoxdur. Axırıncı intensiv yağışlar nəticəsində yol kənarına, çiyin hissəyə tökülmüş torpağın yumşalması ilə həmin hissədə çatlar əmələ gəlib. Yolun hərəkət hissəsinə doğru çatların böyüməsi mümkün deyil. Narahatlığa əsas yoxdur. Yaxın günlərdə həmin ərazi bərpa olunacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti