...

Prezident İlham Əliyev: Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim və istehlakçılar üçün kifayət edəcək

İqtisadiyyat Materials 24 Oktyabr 2016 23:03 (UTC +04:00)
Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik
Prezident İlham Əliyev: Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim və istehlakçılar üçün kifayət edəcək

Bakı. Trend:

Azərbaycan və Xorvatiya yaxın gələcəkdə Avropa enerji bazarında önəmli tərəflərə və yaxın tərəfdaşlara çevriləcəyik. Bu tərəfdaşlıq onilliklərlə davam edəcək.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin və həyat yoldaşı Yakov Kitaroviçin şərəfinə verilən rəsmi ziyafətdə deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il ərzində bizim üçün və istehlakçılar üçün kifayət edəcək:

"Buna görə də enerji təhlükəsizliyində əməkdaşlıq uzunmüddətli və strateji xarakter daşıyacaq. “Strateji xarakter” sözləri artıq ikitərəfli münasibətlərimizdə adət etdiyimiz bir ifadədir. Çox şadam ki, ölkəmizə səfər edirsiniz. Sizin proqramınız çox zəngindir. Ümidvaram ki, sabah Azərbaycan haqqında daha da çox məlumat toplamaq imkanınız olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti