...

Sığortaçıların rəhbər işçiləri üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşdi

İqtisadiyyat Materials 25 Oktyabr 2016 16:21 (UTC +04:00)
Sığorta şirkətində rəhbər vəzifəyə təyinat üçün müraciət edən şəxslər 27 oktyabr 2016-cı il, saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.
Sığortaçıların rəhbər işçiləri üçün keçiriləcək attestasiyanın tarixi müəyyənləşdi

Bakı. Trend:

Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sığorta şirkətində rəhbər vəzifəyə təyinat üçün müraciət edən şəxslər (siyahı əlavə olunur) 27 oktyabr 2016-cı il,saat 10:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.

Palatadan Trend-ə verilən məlumata görə, attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.

Attestasiyada iştirak edəcək şəxslərin siyahısı:

Muradova Leyla Eldar qızı
Əliyev İlqar Mir Yusif oğlu
Quliyev Ayaz Faiq oğlu
Tağıyev Rəşad Əflatun oğlu
Əfəndiyev Orxan Oqtay oğlu
Allahverdiyev Fuad Kamran oğlu
Müslüm-zadə Maqsud Arifoviç
Əliyeva Kəmalə Əlyar qızı
Seyfulla İntiqam Mirzəhüseyn oğlu
Əliyev Azər Allahverdi oğlu
Məmmədov Musa Elxan oğlu
Əliyeva Milana Zakir qızı
Əskərov Kənan Səməd oğlu
Məmmədova Əsli Rza qızı
Həsənverdiyev Şəhriyar Ələkbər oğlu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti