...

Şahin Mustafayev Gürcüstana gedir

İqtisadiyyat Materials 27 Oktyabr 2016 17:27 (UTC +04:00)
İqtisadiyyat naziri Gürcüstanda müzakirələr aparacaq.
Şahin Mustafayev Gürcüstana gedir

Bakı. Trend:

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə edilməsi məqsədilə İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 27-28-də Gürcüstanda səfərdə olacaq.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər zamanı Gürcüstanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək, Azərbaycan - Gürcüstan əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti