...

NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırıb

İqtisadiyyat Materials 28 Oktyabr 2016 10:23 (UTC +04:00)
NIKOIL | Bank-ın nizamnamə kapitalının 150 mln. manatadək artırılması başa çatıb.
NIKOIL | Bank kapitallaşma prosesini sona çatdırıb

Bakı. Trend:

NIKOIL | Bank-ın nizamnamə kapitalının 150 mln. manatadək artırılması başa çatıb. Bankın əsas səhmdarı olan “TOPAZ İNVESTMENTS” QSC Bakı Fond Birjasında yerləşdirilən səhmlərin emissiyasını tam alıb. Bankın kapitalının ümumi məbləği 184 mln. 500 min AZN təşkil edir.

Bu barədə Trend-ə bankdan verilən məlumatda bildirilir.

Bankın son benefisiarı – Vahid Ələkbərov Bankın kapitallaşmasının uğurla sona çatdırılması və Bankın inkişafının yeni mərhələsinin başlanması münasibətilə Müşahidə Şurasını və Bankın menecmentini təbrik edib. V.Ələkbərov etibar və sədaqətinə görə Bankın müştərilərinə öz minnətdarlığını bildirib, Bankın Azərbaycanın biznes sahələrinin və əhalisinin maraqlarına uyğun uzun və səmərəli xidmət göstərəcəyini vurğulayıb.Bank rəhbərliyi Bankın inkişafı naminə edilmiş sərmayəyə görə əsas səhmdara dərin minnətdarlığını bildirib. NIKOIL | Bank müştərilərinə ən etibarlı və müasir xidmətlər göstərmək və ölkənin iqtisadiyyatının inkişafına layiqli töhfəsini vermək üçün yeni mərhələyə keçib.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsi olan universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Məqalədə:
Xəbər lenti

Xəbər lenti