...

Bank of Baku 500+ HƏDİYYƏLİ "Bolkartla Qazan" lotereyaya start verdi

İqtisadiyyat Materials 28 Oktyabr 2016 11:32 (UTC +04:00)
Bank of Baku Bolkartın 5 yaşı münasibətilə 500 Bolkartlıya BAL, 99 Bolkartlıya pul mükafatı və bir şanslı Bolkartlıya səyahət paketi və 500 AZN qazandıracaq lotereyaya start verdi.
Bank of Baku 500+ HƏDİYYƏLİ "Bolkartla Qazan" lotereyaya start verdi

Bakı. Trend:

Bank of Baku Bolkartın 5 yaşı münasibətilə 500 Bolkartlıya BAL, 99 Bolkartlıya pul mükafatı və bir şanslı Bolkartlıya səyahət paketi və 500 AZN qazandıracaq lotereyaya start verdi.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

“Bolkartla Qazan” adı altında keçirilən tirajlı stimullaşdırıcı lotereyada bütün növ Bolkart kredit, həm də Bolkart debet kart sahibləri iştirak edə biləcəklər.

Lotereyada iştirak hüququ qazanmaq üçün 19 oktyabr – 27 noyabr 2016-cı il tarixləri arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalı, həmçinin lotereyanın keçiriləcəyi tarixdən 1 gün əvvəl həmin Bolkart aktiv olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak hüququ qazandırır.

Qeyd olunan tarixlər arasında, hər 20 AZN həcmində olan bütün əməliyyatların sayı qədər Bolkartlılar uduş şansı qazanmış olacaqlar. Məsələn, bütün dövr ərzində, yəni 19 oktyabr-27 noyabr tarixləri arasında 1000 AZN dəyərində alış-veriş edən Bolkartlının qalib olmaq üçün 50 şansı olacaq. Lotereya biletlərini əvəz edən məlumat daşıyıcısı qismində tirajda iştirak hüququ əldə etmiş hər bir kart üzrə 16 rəqəmli kart nömrəsi əsasında təyin olunan eyniləşdirmə kodu iştirak edəcək.

Lotereyanın uduş fonduna daxil olan əsas hədiyyə 1 ədəd 2 nəfərlik səyahət paketindən ibarətdir. Səyahət paketinə Avropa şəhərlərinin birinə gediş-dönüş uçuş bileti, transfer xidməti və oteldə 5 günlük istirahət daxildir. Səyahət paketini qazanacaq müştəriyə 500 AZN dəyərində pul mükafatı da təqdim olunacaq. Digər hədiyyələr isə 8300 AZN həcmində nağd pul vəsaitindən və 9500 AZN dəyərində Bolkart Ballarından ibarətdir.

Lotereyanın qalibləri 30 noyabr 2016-ci il tarixində kompüterdə bank tərəfindən yaradılmış xüsusi proqram təminatı vasitəsilə keçiriləcək təsadufi seçim əsasında müəyyən olunacaq. Lotereya şərtləri və daha ətraflı məlumatla Bank of Baku-nun 145 Məlumat Mərkəzi ilə əlaqə saxlamaqla və ya rəsmi Facebook səhifəsinə https://www.facebook.com/bolkart daxil olmaqla tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti