...

Tərtər çayı üzərində 107 metrlik körpü tikilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 29 Oktyabr 2016 11:47 (UTC +04:00)
Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir.
Tərtər çayı üzərində 107 metrlik körpü tikilir  (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Bərdə-İstisu avtomobil yolunun 10-cu km-də mühüm əhəmiyyətə malik avtomobil körpüsü inşa edilir. Bu barədə Trend-ə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib.

Məlumata görə, Tərtər rayonunun Sarcalı kəndi ərazisində, Tərtər çay üzərində inşası aparılan 3 aşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çay məcrasından hündürlüyü isə 15 m-dir. Körpü 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 8.5 m-dir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər bir istiqamət üzrə 1.75 m enində piyada səkilərinin də tikintisi nəzərdə tutulub. Layihə çərçivəsində 110 metr uzunluğunda beton mühafizə bəndi, 400 metr yanaşma yolları və ümumi uzunluğu 56 metr olan 5 ədəd dairəvi borunun tikintisi aparılacaq.

Tərtər rayonunun Zolgölən və Sarcalı kəndlərini birləşdirəcək avtomobil körpüsü istismara verildikdən sonra məsafə dəfələrlə qısalacaq. Ümumilikdə 11 yaşayış məntəqəsinin 25.6 min əhalisinin gediş-gəlişi xeyli rahatlaçacaq. Bundan öncə isə vətəndaşlar Tərtər və Bərdə rayon mərkəzlərinə getmək üçün 10 km-dən artıq yol gət etməli olurdular.

Hazırda tikinti işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti