...

AAAF Parkda “Piserro”nun fabrik satış mağazası açıldı

İqtisadiyyat Materials 1 Noyabr 2016 09:54 (UTC +04:00)
AAAF Park Yaşayış Kompleksinin nəzdində Türkiyə brendi “Piserro” kişi geyimlərinin fabrik satış mağazasının açılış mərasimi keçirilib.
AAAF Parkda “Piserro”nun fabrik satış mağazası açıldı

Bakı. Trend:

AAAF Park Yaşayış Kompleksinin nəzdində Türkiyə brendi “Piserro” kişi geyimlərinin fabrik satış mağazasının açılış mərasimi keçirilib. Lent kəsildikdən sonra tort kəsilib, şirniyyat paylanıb. Yığıncaqda iştirak edən türkiyəli qonaqlar xoş gün münasibətilə hər kəsi təbrik edib, mağazanın fəaliyyətində uğurlar arzulayıblar.

AAAF Medianın direktoru Rəşad Əliyev də qonaqlar sırasında olub. Direktor AAAF Park daxilində bu cür geniş perspektivə malik mağazanın açılışını yüksək qiymətləndirib. Sonra müştərilər yeni mövsüm kişi geyimləri ilə tanış olublar. Yeni kolleksiyaya klassik, yarı klassik, idman üslubunda geyimlər daxildir. Toy mərasimləri üçün xas olan bəylik kostyumları da kolleksiya daxilində sərfəli qiymətlərlə təklif olunur. Bütün geyimlərə isə 20 faiz endirim tətbiq olunub. Müasir və dəbli geyimlərlə tanış olan müştərilər də öz təəssüratlarını AAAF TV ilə bölüşüblər.

Qeyd edək ki, yaxın günlərdə AAAF Parkda daha bir neçə brendin mağazasının açılışı olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti