...

Bravo, Expressbank!

İqtisadiyyat Materials 1 Noyabr 2016 11:32 (UTC +04:00)
Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.
Bravo, Expressbank!

Bakı. Trend:

Müştərilərinin maliyyə vəsaitlərinin daha səmərəli istifadəsinin qayğısında olan Expressbank ənənəyə sadiq qalaraq növbəti yeni aksiyanı təqdim edir.

Bu barədə Trend-ə bankdan məlumat verilib.

Tək ölkəmizdə deyil, bütün Qafqazda ən böyük ticarət mərkəzlərindən biri olan Gənclik mall-da fəaliyyət göstərən Bravo supermarketdə Expressbank-ın plastik kartları ilə ödəniş etmək iki qat sərfəlidir. Belə ki, 1 noyabr-30 noyabr tarixlərində Expressbank-ın istənilən Mastercard® və ya Maestro® kartları ilə minimum 40 AZN həcmində ödəniş edən bütün müştərilər ödəniş qəbzini Bravo supermarketin Müştəri Xidmətləri masasına təqdim etməklə müxtəlif hədiyyələrə sahib olacaqlar.

Amma bu son deyil! Expressbank-ın plastik kart sahibləri ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallar vasitəsi ilə xərclədikləri vəsaitin bir hissəsini kartlarına geri aldıqlarından, Bravo supermarketində alış-veriş onlar üçün daha sərfəli olacaq.

Qeyd edək ki, Expressbank-ın plastik kartlarına sahib olmaq istəyən müştərilər Maestro kartlarını 6 AZN, MasterCard Standart kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Həmçinin hesaba minimum 400 AZN ilkin mədaxil etməklə MasterCard Gold, 800 AZN ilkin mədaxil ilə isə MasterCard Platinum kartlarını pulsuz sifariş etmək mümkündür. Həmin vəsaiti heç bir komissiya olmadan nağdlaşdıra və ya ExpressClub layihəsi çərçivəsində ölkədaxili POS-terminallarda ödəməklə xərclərinizi gəlirə çevirə bilərsiniz.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

Bravo, Expressbank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti