...

Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Azərbaycana gələcək (FOTO)

İqtisadiyyat Materials 1 Noyabr 2016 16:40 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşüb.
Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Azərbaycana gələcək  (FOTO)

Bakı. Trend:

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Abdul Rauf Aləmlə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistanın iqtisadi göstəricilərinin son illər ərzində artdığını bildirən Ə.Əlizadə, Pakistanın qardaş ölkə olması baxımından, eləcə də ərazi və əhalisinin böyüklüyünə görə Azərbaycan məhsullarının satışı, sərmayə yatırımı üçün yaxşı üstünlüklərə malik olduğunu qeyd edib.

Bir sıra azərbaycanlı iş adamlarının Pakistanla ticarət əlaqələrinin yaradılması üçün səfirliklə təmasda olduğunu bildirən Ə.Əlizadə, xüsusən turizm, tekstil və kənd təsərrüfatı, pambıqçılıq, toxumçuluq sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu bildirib.

Azərbaycanda əldə olunan sosial-iqtisadi inkişaf, xarici investorlar üçün yaradılan münbit şəraitdən, sənaye şəhərcikləri və investisiya parklarının fəaliyyətindən, digər iqtisadi və ticari imkanlar haqqında məlumat verən səfir bu şəraitdən pakistanlı iş adamlarının daha çox istifadə edə biləcəyini qeyd edib.

Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti A.R.Aləm iki ölkə arasında mövcüd olan yüksək səviyyəli əlaqələrdən mümkün qədər hər iki ölkənin iş adamlarının yararlanması gərəkdiyini bildirərək, iki ölkə arasındakı ticari və iqtisadi potensialın olduqca böyük olduğunu qeyd edib. A.R.Aləm noyabr ayının sonlarında İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək biznes forumunda iştirak etmək üçün geniş nümayəndə heyəti ilə birgə Azərbaycana səfər edəcəyini, səfər çərçivəsində müxtəlif görüşlər keçirəcəklərini, Pakistanla-Azərbaycan arasında iqtisadi əlaqələrin daha da artırılması perspektivlərini də araşdıracaqlarını vurğulayıb, iqtisadi və ticari əlaqələrin daha da inkişafı istiqamətində səfirliyin göstərdiyi səylərə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti