...

Azərbaycan və Rusiya əməkdaşlığın inkişafının hüquqi bazasının yaradılmasını müzakirə edib

İqtisadiyyat Materials 3 Noyabr 2016 10:17 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazirinin müşaviri Stanislav Aristovu qəbul edib.
Azərbaycan və Rusiya əməkdaşlığın inkişafının hüquqi bazasının yaradılmasını müzakirə edib

Bakı. Trend:

Bu gün mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov VII Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Bakıda səfərdə olan Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazirinin müşaviri Stanislav Aristovu qəbul edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb, tarixi İpək Yolu marşrutunun bərpası istiqamətində Rusiya Federasiyasının Cənubi Qafqaz regionu ilə birgə layihələrin həyata keçirilməsi, marşrutun tədqiqi və turizmin inkişafı baxımından təbliğinin artırılması məsələləri müzakirə olunub.

Bu istiqamətdə qarşı tərəf Pekin-Bakı və Bakı-Mineralnıye vodı reyslərini nəzərə alaraq Çindən Azərbaycana gələn turistlərin Rusiyanın Dağıstan və Stavropol bölgələrinə cəlb edilməsində maraqlı olduğunu qeyd edib.

Görüşdə, həmçinin iki ölkənin turizm şirkətləri arasında birbaşa əməkdaşlığın təşviq edilməsi, İpək Yolu marşrutunun Qafqaz bölgəsinə dair birgə təbliğat materiallarının hazırlanması və əməkdaşlığın inkişafının hüquqi bazasının yaradılması məqsədilə müvafiq müqavilələrin imzalanması məsələləri də müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti