...

Gədəbəylilərə xoş xəbər (FOTO)

İqtisadiyyat Materials 3 Noyabr 2016 10:25 (UTC +04:00)
Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb.
Gədəbəylilərə xoş xəbər (FOTO)

Bakı. Trend:

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi başa çatdırılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9 km-dir. Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilib.

Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 10 m enində torpaq yatağı inşa olunub. 35 sm qum-çınqıl qarışığı və 20 sm optimal qırmadaş qarışığından ibarət əsasın inşası aparılaraq 2 qat olmaqla (7sm+5sm) yola yeni asfalt-beton örtük döşənib.

Hazırda 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 2 metr enində çiyinlərin, həmçinin diametri 400-600 mm olan 4 ədəd suötürücü borunun tikintisi aparılıb. 9 km-lik Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşıb, insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti