...

Külli miqdarda gümüş məmulatlarının ölkədən çıxarılmasının qarşısı alınıb (FOTO)

İqtisadiyyat Materials 7 Noyabr 2016 15:38 (UTC +04:00)
Gömrükçülər 13 kiloqramdan artıq gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alıb.
Külli miqdarda gümüş məmulatlarının ölkədən çıxarılmasının qarşısı alınıb  (FOTO)

Bakı. Trend:

Gömrükçülər 13 kiloqramdan artıq gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşı Xartumov Abdula Hacımusa oğlunun idarə etdiyi “Hyundai Grand Santafe” markalı 20DJ244 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə “Xanoba” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin hava filtrinin boşluğundan gömrük nəzarətindən gizlədilən qara polietilen paketlərə bükülü halda 25 ədəd çəkisi 410 qram olan medallar, 7 ədəd çəkisi 130 qram olan fincanlar, 260 ədəd çəkisi 105 qram olan kiçik dördkünc formalı metallar, 145 ədəd çəkisi 90 qram olan kiçik dairə formalı metallar, 3 ədəd çəkisi 320 qram olan qab tutacaqları, 10 ədəd çəkisi 190 qram olan qırıq qaşıq tutacaqları, 3 ədəd çəkisi 55 qram olan qırıq qaşıq başlıqları,170 ədəd çəkisi 11400 qram olan çubuqşəkilli əridilmiş metal parçalar, 1 ədəd çəkisi 375 qram olan kürə formalı əridilmiş metal və çəkisi 110 qram olan metal qırıntıları aşkar olunmuşdur. Aşkar edilmiş gümüş məmulatlarının cəmi çəkisi 13185 qramdır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti