...

Turistlər üçün bankların xəritəsi hazırlanıb

İqtisadiyyat Materials 11 Noyabr 2016 17:28 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə istifadəyə verilib.
Turistlər üçün bankların xəritəsi hazırlanıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycanda səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə hazırlanıb.

Palatadan Trend-ə verilən məlumata görə, ingilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə dizayn edilib. Xəritədə həftəsonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunub.

Xəritə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkə mehmanxanalarına paylanıb.

Xəritənin elektron versiyası

Məqalədə:
Xəbər lenti

Xəbər lenti