...

Dünya Bankı ilə iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 12 Noyabr 2016 12:36 (UTC +04:00)
Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.
Dünya Bankı ilə iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı baş iqtisadçı Naoko Kojonun rəhbərlik etdiyi Dünya Bankının Makroiqtisadiyyat üzrə Texniki Yardım Missiyasını qəbul edib.

PalatadanTrend-ə verilən məlumata görə, ölkənin mövcud makroiqtisadi durumu və inkişaf perspektivlərinə dair keçirilmiş görüşdə ölkə iqtisadiyyatının əsas meylləri müzakirə edilib.

Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi məqsədilə aparılan islahatlardan söz açan Naoko Kojo Dünya Bankının bu sahədə Azərbaycana lazımi texniki dəstəyin göstərilməsinə hazır olduğunu bildirib. Görüşdə, əsasən iqtisadi islahatların gedişi və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətlərində atılan addımların müzakirəsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti