...

"Excelsior Hotel & Spa Baku"da "Musiqi bayramı" keçirilib (FOTO)

İqtisadiyyat Materials 14 Noyabr 2016 11:36 (UTC +04:00)
“Excelsior Hotel & Spa Baku” hotelində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçirilib.
"Excelsior Hotel & Spa Baku"da "Musiqi bayramı" keçirilib (FOTO)

Bakı. Trend:

2016-cı il noyabrın 11-də “Excelsior Hotel & Spa Baku” hotelində “AtaHolding” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçirilib.

Bayram tədbirində gözəl səs sahibləri - “Excelsior Hotel & Spa Baku” hotelinin HR meneceri Kamran Rzayev və stajor Rəşad Əliyevin ifasında Azərbaycan və xarici repertuarlardan mahnılar səsləndi. Qonaqlar «Saçlarına gül düzüm», «My Way», «Shape of My Heart», «Синяя вечность», «Город мой Баку», «Там нет меня», «Как молоды мы были» kimi unudulmaz kompozisiyaları, eləcə də bir çox nəsillərin sevdiyi digər mahnıları dinləyiblər. Bundan başqa, tədbirdə Azərbaycanın xalq artisti Müslüm Maqomayevin və dünya şöhrətli rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş etdirilib.

“AtaHolding”in korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, keçirilən “Musiqi bayramı” “AtaHolding” Şirkətlər Qrupunun kollektivinə nəinki bir daha birlikdə yığılmağa, həm də gözəl melodiyalar dünyasına qovuşmağa imkan verib. Xüsusilə önəmli və xoşdur ki, əməkdaşlarımız arasında vokal ifaçılıq istedadı olanlar var.

“Excelsior Hotel & Spa Baku” hoteli 2005-ci ildən fəaliyyət göstərir. Oteldə 1 "İmperial" lüks otagi, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standard otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s. var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti