...

“Azərbaycan Dəmir Yolları”da Asiya İnkişaf Bankının nümayəndə heyəti ilə görüş olub

İqtisadiyyat Materials 14 Noyabr 2016 15:45 (UTC +04:00)
Noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları”da Asiya İnkişaf  Bankının nümayəndə heyəti ilə görüş olub

Bakı. Trend:

Noyabrın 14-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək, son dövrlərdə Azərbaycan dəmir yollarında aparılan islahatlar, habelə Azərbaycanın əlverişli coğrafi movqeyindən səmərəli istifadə etməklə regionun nəqliyyat mərkəzinə çevrilməsinin təmin edilməsi məqsədilə dəmir yolu infratrukturunun yenidənqurulması istiqamətində görülən kompleks tədbirlər, Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülən işlər, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüş zamanı həmçinin ortamüddətli pespektivdə AİB ilə “ADY” QSC arasında əməkdaşlıq perspektivləri və prioritetləri müzakirə edilib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vencay Zanq qlobal maliyyə-iqtisadi böhranının doğurduğu nəticələrə baxmayaraq, Azərbaycan dəmir yolu sahəsində son dövrlər görülmüş kompleks yenidənqurma işlərindən, habelə institutsional, maliyyə və hüquqi-tənzimləmə sahəsində aparılmış islahatlardan məmnun olduğunu bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti