...

Maliyyə Bazarlarına Nəzarət Palatası bank əməkdaşları üçün təlim keçirib

İqtisadiyyat Materials 14 Noyabr 2016 16:18 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən bank əməkdaşları üçün təlim təşkil edilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası  bank əməkdaşları üçün təlim keçirib

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən bank əməkdaşları üçün təlim təşkil edilib.

Palatadan Trend-ə verilən məlumata görə, “Bank sistemində risklərin idarə edilməsi” mövzusunda təşkil edilmiş dörd günlük proqramda ekspert qismində ATTF-in mütəxəssisi Paul Kleinbart çıxış edib.

Dörd moduldan ibarət təlim proqramı zamanı bank sahəsində risklərin idarə edilməsinin əsasları, o cümlədən əməliyyat risklərinin ölçülməsi və idarə edilməsinə dair problemlərin həlli yolları araşdırılıb, praktik tapşırıqlar yerinə yetirilib.

Təlimin birinci hissəsini müvəffəqiyyətlə keçmiş iştirakçılar proqramın ikinci hissəsində iştirak etmək hüququnu əldə edirlər. Sonda proqramı uğurla bitirmiş iştirakçılara beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti