...

Bu rayonlarda qaz təchizatında məhdudiyyət olacaq

İqtisadiyyat Materials 16 Noyabr 2016 10:02 (UTC +04:00)
“Qaz İxrac” İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Bu rayonlarda qaz təchizatında məhdudiyyət olacaq

Bakı. Trend:

“Qaz İxrac” İdarəsinin Ağdaş və Qazax Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, noyabrın 16-da saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Şəmsəbad”, Qazax Magistral qaz kəmərləri sahəsinin “Ağstafa”, “Köçəsgər” və “Tovuz” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Ağstafa və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağdaş rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti