...

“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir (FOTO/VİDEO)

İqtisadiyyat Materials 16 Noyabr 2016 15:28 (UTC +04:00)
Yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi yenilənir.
“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir (FOTO/VİDEO)

Bakı. Trend:

Bu işlər çərçivəsində Heydər Əliyev prospektinin “Böyük Şor" yol qovşağından “Sabunçu" yol qovşağına doğru olan istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi yenilənir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılıraraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1.27 m-dir, dərinliyi isə 3.5 m.

İşlərin tez bir zamanda yekunlaşdırılması planlaşdırılır.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxmışdı. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm avtonəqliyyat vasitələrinin hərəkətinə mane olurdu, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti