...

"Ağ şəhər"də yeni küçələr salınır (VİDEO/FOTO)

İqtisadiyyat Materials 17 Noyabr 2016 11:22 (UTC +04:00)
"Ağ şəhər" ərazisində yol tikinti və yeraltı piyada keçidlərinin tikinti-quraşdırma işlərinə başlanılıb.
"Ağ şəhər"də yeni küçələr salınır (VİDEO/FOTO)

Bakı. Trend:

“Xəqani Rüstəmov küçəsi və "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində “Azəravtoyol” ASC 10 İyul 2015-ci il tarixindən "Ağ şəhər" ərazisində yol tikinti və yeraltı piyada keçidlərinin tikinti-quraşdırma işlərinə başlayıb.

Bu barədə Trend-ə “Azəravtoyol” ASC-dən məlumat verilib.

Layihə üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla, ümumi uzunluğu 22.3 km, eni isə 16 m-dən 47 m-ə kimi dəyişən 63 çoxsaylı kəsişən yollar yerləşir. Yollar hər birinin eni 3.5 m olmaqla 2,4 və 6 hərəkət zolağından ibarətdir, piyada səkilərinin eni isə 3, 6, 10 m olmaqla müxtəlif ölçüdədir. Layihə çərçivəsində 2 yerdə, Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidlərinin tikintisi də nəzərdə tutulub.

Ərazidə mazutlu və texnogen mənşəli yararsız qrunt 2 m-ə yaxın dərinlikdə qazılaraq çıxarılıb və ərazidən uzaqlaşdırılıb. Əvəzində isə yararlı karxana materalından yol geyiminin əsası inşa olunur. 1 mln 200 min m3 yararsız material qazılaraq ərazidən uzaqlaşdırılıb və əvəzinə 1 mln m3 yararlı karxana materialından geri dolğu işləri görülüb. Bundan əlavə, 5 min m3 miqdarında daş və demir-beton tikililər sökülərək, həmçinin ərazinin bəzi hissələrində rast gəlinən 95 min m3 qaya qruntu xüsüsi texniklarla (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb.

Bəzi yollarda yol geyimin alt hissəsində 70 min m3 hamarlayıcı lay, 15 min m3 əsasın üst layı inşa edilib, 12 min paqon-metr mərmər-qranit səki daşı və 8500 m3 piyada zolağında tamet daşları düzülüb. Yolların kənarında uzunluğu 500 m-ə yaxın , hündürlüyü 10-15 m arası dəyişən istinad divarı inşa olunub. Xəqani Rüstəmov küçəsi də daxil olmaqla 80% yollarda əsasın tikinti işləri bitmiş sayılır. Bütün yollarda zəruri yeraltı kommunikasiya xətlərinin çəkilişi işləri də aparılıb. Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini birləşdirəcək Xəqani Rüstəmov küçəsinin 3 gediş və 3 gəliş olmaqla, 6 hərəkət zolaqlı olması nəzərdə tutulub. Küçənin eni 45 m, ayrıcı zolağın eni 3 m, səkinin eninin isə bəzi yerlərdə 4,5 m olması nəzərdə tutulub.

Xəqani Rüstəmov küçəsi qərbdən paytaxtın "Yaşıl ada" adlanan müasir mərkəzi ərazisini əhatə edir. Bu küçənin abadlaşdırılması ərazinin ilk sakinlərinin rahat yaşamasına yardım edəcək, həmçinin onların "Bakı Ağ Şəhər"in daxilində və xaricində ayrı-ayrı obyektlərə asan çıxışını təmin edəcək. "Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin və Süleyman Vəzirov küçəsinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikintisi işləri də aparılır. 2 ədəd keçidin hər birinin uzunluğu 280 m, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq. Xəqani Rüstəmov Küçəsi İlə Nobel Prospekti kəsişməsində layihələndirilən yeraltı piyada keçidinində 220 m uzunluğunda qalereyanın tikintisi yekunlaşıb. Hazırda keçiddə üzlənmə işləri davam etdirilir. Ümumilkdə keçidin inşası zamanı uzunluğu 14 m olan 354 ədəd demir beton svay, 370 ədəd beton svay, 440 m uzunluğunda dəmir-beton rostverq, 115 ədəd dəmir-beton tir inşa edilib, 2 qat ruburoid materialı ilə izolyasiya olunub, 2500 m2 olan mərmər-qranit işlərindən xeyli hissəsi görülüb və 8 ədəd çöl şəraitində quraşdırılan eskalator sifarış olunub.

Xəqani Rüstəmov Küçəsi İlə Süleyman Vəzirov küçəsinin kəsişməsində layihələndirən yeraltı piyada keçidində isə uzunluğu 14 m olan 354 ədəd dəmir-beton svaydan 300 ədədi, 370 ədəd beton svaydan 270 ədədi inşa olunub, digər tikinti işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti