...

Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq

İqtisadiyyat Materials 17 Noyabr 2016 12:47 (UTC +04:00)
Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesi elektron formada aparılacaq.
Əlilliyin qiymətləndirilməsi prosesi avtomatlaşdırılacaq

Bakı. Trend:

Azərbaycanda əlilliyin qiymətləndirilməsi prosesi elektron formada aparılacaq. Bu, vətəndaşlarla məmur arasında ünsiyyəti aradan qaldıracaq. Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib: “Nazirliyin mərkəzləşdirilmiş informasiya sistemində tibbi-sosial ekspertiza üzrə alt sistem yaradılıb. Bu sistem əlilliyin qiymətləndirilməsi prosesini avtomatlaşdırmağa imkan verəcək”.

Nazirin sözlərinə görə, ikinci və üçüncü qrup əlillərin təkrar yoxlamadan keçirilməsi müddəti 5 ilədək artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti