...

Azərbaycan-Belarus iqtisadi əlaqələri müzakirə edilib

İqtisadiyyat Materials 17 Noyabr 2016 12:58 (UTC +04:00)
İqtisadiyyat naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi qəbul edib.
Azərbaycan-Belarus iqtisadi əlaqələri müzakirə edilib

Bakı. Trend:

İqtisadiyyat naziri Şahin Mustafayev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçi qəbul edib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Ş.Mustafayev Azərbaycanla Belarus arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatı, ölkəmizdə sahibkarlıq, biznes və investisiya mühitinin yaxşılaşdırılması sahəsində aparılan islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Belarus arasında sənaye, kənd təsərrüfatı, İKT, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu diqqətə çatdıran Şahin Mustafayev xarici şirkətlərin, o cümlədən Belarus iş adamlarının ölkəmizdə səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib, sənaye zonalarında və parklarında rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib. Görüşdə tütün və tütün məmulatları, çay, şərab və digər malların ticarətinə maraq ifadə olunub, birgə çay və siqaret istehsalı müəssisələrinin, ticarət evlərinin yaradılması məsələləri müzakirə edilib.

Səfir G.Axramoviç ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu, səfirliyin iqtisadi əlaqələrin genişləndirilməsini təşviq etdiyini, bu sahədə işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti