...

Komitə sədri: BƏƏ investorları üçün Azərbaycanda münbit investisiya mühiti var

İqtisadiyyat Materials 17 Noyabr 2016 15:39 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Dubay Ticarət və Sənaye Palatasının nümayəndə heyətini qəbul edib.
Komitə sədri: BƏƏ investorları üçün Azərbaycanda münbit investisiya mühiti var

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Səif Əl Ğureyrin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Komitə sədri xarici dövlətləri təmsil edən, o cümlədən Birləşmiş Ərəb Əmirliklərindən olan potensial investorlar üçün Azərbaycanda münbit investisiya mühitinin olduğunu vurğulayıb.

Görüşdə komitə tərəfindən digər təşkilatçılarla birlikdə 22-24 noyabrda Bakıda RecExpo II – Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisinin keçiriləcəyi barədə də məlumat verilib və Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri sərgidə iştirak etməyə dəvət edilib.

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirliyi arasında ikitərəfli əməkdaşlıq çərçivəsində dövlət əmlakının özəlləşdirilməsi və investisiyaların cəlb olunması sahəsində geniş təcrübə və məlumat mübadiləsi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti