...

“Azərbaycan Dəmir Yolları" QSC-də İranın Azərbaycandakı səfiri ilə görüş olub

İqtisadiyyat Materials 18 Noyabr 2016 17:00 (UTC +04:00)
Noyabrın 18-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Iran Islam Respublikasının Azərbaycandakı fövqəladə və əlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüş keçirilib.
“Azərbaycan Dəmir Yolları" QSC-də İranın Azərbaycandakı səfiri ilə görüş olub

Bakı. Trend:

Noyabrın 18-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Iran Islam Respublikasının Azərbaycandakı fövqəladə və əlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüş keçirilib.

Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir: "Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncam imzalamışdır. Həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulmuşdur. Artıq Астара stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi başa çatmışdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır. Bu yaxınlarda iranlı həmkarlarımızla yola baxış keçirdik.

Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilmiş, körpünün üstü betonlanmış, məhəccərlər qoyulmuşdur. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir".

Sonra səfir Cavad Cahangirzadə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallşması istiqamətində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib, İran tərəfinin də bu sahədə işləri sürətləndirdiyini bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata gröə,

Məqalədə:
Xəbər lenti

Xəbər lenti